...

Azərbaycan şahmatçıları Avropa çempionatında Rusiya komandasını məğlub ediblər

İdman Materials 6 Noyabr 2017 08:06 (UTC +04:00)
Oktyabrın 5-i Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 8-ci turu keçirilib
Azərbaycan şahmatçıları Avropa çempionatında Rusiya komandasını məğlub ediblər

Bakı. Trend:

Oktyabrın 5-i Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 8-ci turu keçirilib.

Trend-in məlumatına görə, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Rusiya komandası olub.

Rusiya komandasına qarşı mübarizədə Aleksandr Qrişyuk - Şəhriyar Məmmədyarov, Yan Nepomnyaşiy - Teymur Rəcəbov, Maksim Matlakov - Arkadi Naydiç və Daniil Dubov - Rauf Məmmədov cütlükləri qarşılaşıblar.

Aleksandr Qrişyuk - Şəhriyar Məmmədyarov, Yan Nepomnyaşiy - Teymur Rəcəbov, Daniil Dubov - Rauf Məmmədov cütlüklərində həmyerlilərimiz qələbə qazanıblar, Maksim Matlakov - Arkadi Naydiç cütlüyündə isə rusiyalı şahmatçı qalib gəlib - 1:3.

8 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (13 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər (hərəsi 12 xal).

Sonuncu 9-cu tur oktyabrın 6-sı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti