...

Bakıda FIG-nin bədii gimnastika üzrə üçüncü dərəcəli məşqçi kursları keçirilir (FOTO)

İdman Materials 9 Yanvar 2018 10:17 (UTC +04:00)
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə üçüncü dərəcəli məşqçi kurslarına start verilib.
Bakıda FIG-nin bədii gimnastika üzrə üçüncü dərəcəli məşqçi kursları keçirilir (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Yanvarın 8-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə üçüncü dərəcəli məşqçi kurslarına start verilib.

Trend-in məlumatına görə, FIG Akademiyasının ekspertləri tərəfindən təşkil olunan kurslarda Rusiya, Ukrayna və Bolqarıstan məşqçiləri də iştirak edirlər.

Yanvarın 15-dək davam edəcək kurslar idman tibbi, psixologiya və idman zədələrinin qarşısının alınması kimi mövzuları əhatə edir.

Ümumilikdə kurslara ikinci dərəcəli sertifikat almış 22 məşqçi qatılıb.

Qeyd edək ki, bundan əvvəl Bakıda FIG-nin birinci və ikinci dərəcəli məşqçi kursları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti