...

Azərbaycanlı gimnast: Bakıdakı Dünya Kubokunun səviyyəsi çox yüksəkdir

İdman Materials 15 Mart 2018 14:39 (UTC +04:00)
"Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun səviyyəsi çox yüksəkdir".
Azərbaycanlı gimnast: Bakıdakı Dünya Kubokunun səviyyəsi çox yüksəkdir

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun səviyyəsi çox yüksəkdir.

Bunu Trend-ə azərbaycanlı gimnast Timur Bayramov deyib.

Ümumilikdə gimnast öz çıxışını qənaətbəxş qiymətləndirib:

“Bir qədər sonluq istədiyim kimi alınmadı, amma ümumilikdə mən razıyam. Kombinasiyanın öhdəsindən gəldim ki, ən əsası da budur. Rəqiblər çox güclüdür. Təəssüf ki, finala çıxa bilmədim. Bu onu göstəriri ki, yarışların səviyyəsi çox yüksəkdir. Savah daha bir alətlə çıxış edəcəyəm. Çalışacağam ki, finala çıxmaq uğrunda mübarizə aparım”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilir.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti