...

Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə yarışacaq

İdman Materials 22 Mart 2018 12:07 (UTC +04:00)
22-25 mart 2018-ci il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək.
Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə yarışacaq

Bakı. Trend:

22-25 mart 2018-ci il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, Yunan-Roma və qadın güləşi üzrə yığma komandamız üzvləri turnirdə iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaq.

Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti