...

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin 11-ci turunda heç-heçə edib

İdman Materials 23 Mart 2018 23:05 (UTC +04:00)
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib
Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin 11-ci turunda heç-heçə edib

Bakı. Trend:

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib.

Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ təmsilçisi Uesli So ilə görüşüb. Oyun heç-heçə başa çatıb.

Məmmədyarov 6,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, birinci pillədə isə 7 xal ilə ABŞ təmsilçisi Fabiano Karuana qərarlaşıb.

Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.

Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Xəbər lenti

Xəbər lenti