...

Moldova gimnastı: Bakıda azarkeşlərin dəstəyi möhtəşəmdir

İdman Materials 23 Aprel 2018 17:17 (UTC +04:00)
Bakı Milli Gimnastika Arenasında azarkeşlərin dəstəyi möhtəşəmdir.
Moldova gimnastı: Bakıda azarkeşlərin dəstəyi möhtəşəmdir

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı Milli Gimnastika Arenasında azarkeşlərin dəstəyi möhtəşəmdir.

Bunu Trend-ə “AGF Junior Trophy”də iştirak edən Moldova gimnastı Yelizaveta Yampolskaya deyib.

Gimnast əlavə edib ki, öz çıxışından razı qalıb:

“Təkcə topla çıxış edərkən səhv etdim, amma ümumilikdə çıxışdan razıyam. Fikirləşirəm ki, edə biləcəyimi etdim”.

Öz növbəsində, Y.Yampolskayanın məşqçisi Yekaterina Kalinina Bakıda keçirilən yarışın vacibliyini vurğulayıb:

“Yarışlarda biz bir gimnastla təmsil olunuruq. Bu, təcrübə baxımından bizim üçün çox vaxib turnirdir”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib.

Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışacaqlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. İki günlük yarışlar zamanı komanda hesabı və ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, “AGF Junior Trophy” turniri 2018-ci ilin 1-3 iyun tarixlərində İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. Bu da gənc gimnastlara Avropa çempionatında öz həyəcanlarına qalib gələrək daha inamlı çıxışlar nümayiş etdirmək və çıxış proqramlarını təkmilləşdirmələri üçün şans yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti