...

FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyi açıqlandı

İdman Materials 25 Aprel 2018 15:09 (UTC +04:00)
FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyi açıqlanıb.
FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyi açıqlandı

Bakı. Trend:

FIA Formula 2 çempionatının 2-ci turunun gündəliyi açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, bu il FIA Formula 2 çempionatında 10 komanda yarışır. Hər komandada 2 pilot olmaqla ümumilikdə 20 pilot mübarizə aparır. Builki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran Pri həftəsonunu əhatə edir və həmin həftəsonunda 2 yarış baş tutur.

Artıq FIA Formula 2 çempionatının ilk turu keçirilib. 6-8 aprel tarixlərində keçirilmiş ilk turun 1-ci yarışında “Carlin” komandasının pilotu Lando Norris, 2-ci yarışında isə “Russian Time” komandasının pilotu Artem Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Lando Norris yer alır. Onu 30 xalla Artem Markelov və 28 xalla “Carlin” komandasının pilotu Sergio Setta Camara izləyir.

Növbəti tur 27-29 aprel tarixlərində Bakıda keçiriləcək.

FIA Formula 2 çempionatının Tur Cədvəli

Bəhreyn, 6-8 aprel
Azərbaycan, 27-29 aprel
İspaniya, 11-13 may
Monako, 24-26 may
Fransa, 22-24 iyun
Avstriya, 29 iyun – 1 iyul
Böyük Britaniya, 6-8 iyul
Macarıstan, 27-29 iyul
Belçika, 24-26 avqust
İtaliya, 31 avqust – 2 sentyabr
Rusiya, 28-30 sentyabr
Abu Dabi, 23-25 noyabr

FIA Formula 2 Çempionatının 2-ci turu: Azərbaycan

İki yarış keçiriləcək. F2 pilotları Bakı Şəhər Halqasını birinci yarışda 29, ikinci yarışda isə 21 dövrə vurmalıdırlar.

Komandalar və pilotlar

RUSSIAN TIME (Artem Markelov və Tadasuke Makino)
PERTAMINA PREMA THEODORE RACING (Sean Gelael və Nyck De Vries)
DAMS (Alexander Albon və Nicholas Latifi)
ART GRAND PRIX (Jack Aitken və George Russell) MP
MOTORSPORTS (Roberto Merhi və Ralph Boschung)
BWT ARDEN (Maximilian Gunther və Nirei Fukuzumi)
CAMPOS VEXATEC RACING (Luca Ghiotto və Roy Nissany)
TRIDENT (Arjun Maini və Santino Ferrucci)
CARLIN (Sergio Sette Camara və Lando Norris)
CHAROUZ RACING SYSTEM (Louis Deletras və Antonio Fuoco)

Aprelin 27-si, cümə günü saat 11:00-dan 11:45-dək sərbəst yürüşlər, saat 15:00-dan 15:30-dək sıralanma turu və saat 15:45-də mətbuat konfransı, 28-i, şənbə günü saat 12:00-da birinci yarış və saat 13:20-də mətbuat konfransı və 29-u, bazar günü saat 13:10-da ikinci yarış və 14:15-də sonuncu mətbuat konfransı baş tutacaq.

Xatırladaq ki, ötən il 23-25 iyun tarixlərində Bakıda baş tutmuş sonuncu Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Charles Lecrerc, ikinci yarışında isə “BWT Arden2 komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti