...

Özbəkistan təmsilçisi: Azərbaycan Gimnastika Federasiyasının yaratdığı şərait idmançılara öz çıxışlarına fokuslanmağa imkan verir

İdman Materials 27 Aprel 2018 20:20 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının yaratdığı şərait və tamaşaçıların dəstəyi idmançılara diqqətlərini yalnız öz çıxışlarına toplamağa və səhvlərini görməyə imkan verir.
Özbəkistan təmsilçisi: Azərbaycan Gimnastika Federasiyasının yaratdığı şərait  idmançılara öz çıxışlarına fokuslanmağa imkan verir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Gimnastika Federasiyasının yaratdığı şərait və tamaşaçıların dəstəyi idmançılara diqqətlərini yalnız öz çıxışlarına toplamağa və səhvlərini görməyə imkan verir.

Bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokunda təsnifat çıxışından sonra Özbəkistan gimnastı Diyora Burxoxucayeva deyib.

Gimnast öz çıxışından razı qaldığını bildirib: "Bu mənim belə yüksək səviyyəli yarışda ilk çıxışımdır. Təbii ki, hər kəs səhv edir, heç kim ideal deyil. Mənim də tapşırıqlarda səhvlərim oldu və onların üzərində işləyəcəyəm. Mən ilk dəfədir ki Bakıdayam. Burada turnirlərin təşkili səviyyəsi çox yüksəkdir və bu da imkan verir ki, hər idmançı öz çıxışına köklənsin.

Eyni zamanda Özbəkistan təmsilçisi Bakı tamaşaçılarının gimnastlara dəstəyinin əhəmiyyətindən də danışıb.

"Burada hər kəsə dəstək verirlər - yeni başlayanlara da, məşhur gimnastlara da. Ümumiyyətlə, yaradılan şərait və bu cür gözəl azarkeşlər sayəsində hər bir gimnastın Bakıda yaxşı nəticələr göstərmək imkanına malik olduğuna inanıram".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Aprelin 29-dək davam edəcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən
yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF
Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti