...

Albaniyada keçirilən məktəblilər arasında şahmat üzrə dünya çempionatında "Təhsil" Respublika İdman Mərkəzinin komandası uğurla çıxış etdi (FOTO)

İdman Materials 30 Aprel 2018 15:07 (UTC +04:00)
20-29 aprel 2018-ci tarixlərində Albaniyanın Durres şəhərində şahmat üzrə məktəblilərin dünya çempioanatı başa çatıb.
Albaniyada keçirilən məktəblilər arasında şahmat üzrə dünya çempionatında "Təhsil" Respublika İdman Mərkəzinin komandası uğurla çıxış etdi (FOTO)

Bakı. Trend:

Albaniyada keçirilən məktəblilər arasında şahmat üzrə dünya çempionatında "Təhsil" Respublika İdman Mərkəzinin komandası uğurla çıxış edib.

Trend-in məlumatına görə, “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə (7 yaşadək oğlan və qız, 9 yaşadək oğlan və qız, 11 yaşadək oğlan və qız, 13 yaşadək oğlan və qız, 15 yaşadək oğlan və qız, 17 yaşadək oğlan və qız) oğlan və qız olmaqla 12 nəfər şahmatçı, 2 məşqçi-müəllim və 1 nümayəndədən ibarət komandası həmin çempionatda uğurla iştirak edib.

Belə ki, İbrahimli Murad 17 yaşadək oğlanlar arasında I yerə, Heydərova Aytac 17 yaşadək qızlar arasında II yerə, Kərimli Yusif 7 yaşadək oğlanlar arasında II yerə, Süleymanlı İsmayıl 9 yaşadək oğlanlar arasında III yerə layiq görülüb.

Məktəblilərin dünya çempionatında iştirak edəcək şahmatçıları müəyyən etmək üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər İdman Şahmat Məktəblərinin şahmat bölmələri arasında dünya çempioantının yaş qruplarına müvafiq olaraq 6 yaş qrupu üzrə zona və final yarışları keçirilib. Finalda yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya çempioanatına iştirak etmək hüququ əldə ediblər.

Müəyyən edilmiş mərkəzin yığma komandası üçün 10-19 aprel 2018-ci tarixlərində “Zuğulba” Tədris İdman Bazasında təlim məşq toplanışı keçirilib və beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun iştirakı ilə Master-Klass təlimləri təşkil edilib.

Komandanın dünya çempionatında iştirak etməsində əsas məqsəd şahmatçıların ustalıq səviyyələrinin artırılması və istedadlı şahmatçıların aşkar edilməsindən ibarət idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti