Bakı. Trend:
UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində növbəti cavab oyunu keçirilib.
Trend-in məlumatına görə, Avstriyanın "Red Bull Zaltsburq" klubu Fransanın "Marsel" klubunu qəbul edib. Oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: A.Haidara (52-cü dəqiqə), B.Sarr (avtoqol, 65-ci dəqiqə), Rolandu (116-cı dəqiqə).
Beləliklə, iki oyunun nəticəsinə əsasən Fransa təmsilçisi UEFA Avropa Liqasının finalına yüksəlib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 16-sı Lion şəhərində keçiriləcək.