...

BDU-da Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 4 May 2018 14:33 (UTC +04:00)
Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib.
BDU-da Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladaraq onun dövlətçilik fəaliyyətində təhsilə xüsusi önəm verdiyini, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman növləri üzrə turnir və futbol yarışlarının keçirildiyini bildirən rektor Abel Məhərrəmov yarışlarda universitetin 17 fakültəsinin təmsil olunduğunu qeyd edib.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri tarix, ikinci yeri mexanika-riyaziyyat, üçüncü yeri isə geologiya və tətbiqi-riyaziyyat fakültələrinin tələbələri tutub.

Qaliblərin mükafatlandırılması mərasimindən sonra tədbir konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti