...

"Bakı Marafonu 2018"-də rekord qeydə alındı

İdman Materials 13 May 2018 11:56 (UTC +04:00)
"Bakı Marafonu 2018"-də rekord qeydə alınıb.
"Bakı Marafonu 2018"-də rekord qeydə alındı

Bakı. Trend:

"Bakı Marafonu 2018"-də rekord qeydə alınıb.

Trend-in məlumatına görə, budəfəki marafonun qalibi Ukrayna vətəndaşı İqor Olefirenko marşrutu 1 saat 6 dəqiqəyə qət edib. Bu, Bakı marafonu tarixində rekord göstəricidir.

İndiyədək Bakıda keçirilən yarımarafonda ən yüksək nəticəni Türkiyə vətəndaşı Veysi Aslan göstərib. O, 2017-ci ildə finişə 1 saat 7 dəqiqəyə çatıb. “Bakı Marafonu 2016”-nın qalibi Namiq Əsədov isə bu məsafəni 1 saat 17 dəqiqəyə başa vurub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti