...

"Neftçi"nin yeni baş məşqçisi azarkeşlərə səsləndi (VİDEO)

İdman Materials 8 İyun 2018 13:37 (UTC +04:00)
"Neftçi"nin yeni baş məşqçisi italiyalı mütəxəssis Roberto Bordin azarkeşlərə səslənib.
"Neftçi"nin yeni baş məşqçisi azarkeşlərə səsləndi (VİDEO)

Bakı. Trend:

"Neftçi"nin yeni baş məşqçisi italiyalı mütəxəssis Roberto Bordin azarkeşlərə səslənib.

Trend-in məlumatına görə, azarkeşləri salamlayan italiyalı mütəxəssis bildirib:

"Əminəm ki, sizin də dəstəyinizlə böyük uğurlara imza atacağıq".

Qeyd edək ki, R.Bordin 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın "Bolonya” (2005-2006), "Padova” (2006-2007), "Ellas Verona” (2007, 2010-2015), "Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın "Triestina” (2016) və Moldovanın "Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı "Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə "Qızıl skamya” mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti