...

Şəhriyar Məmmədyarov Bildə keçirilən turnirdə vaxtından əvvəl qalib olub

İdman Materials 1 Avqust 2018 01:05 (UTC +04:00)
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən turnirdə vaxtından əvvəl qalib olub.
Şəhriyar Məmmədyarov Bildə keçirilən turnirdə vaxtından əvvəl qalib olub

Bakı. Trend:

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən turnirdə vaxtından əvvəl qalib olub.

Trend-in məlumatına görə, Məmmədyarov turnirin sonuna bir tur qalmış qalib olub. Doqquzuncu turda ağ fiqurlarla şahmatçımız norveçli Maqnus Karlsenə qalib gəlib.

Beləliklə, Məmmədyarov 7 xal toplayaraq vahid liderə çevrilib. Cədvəldə onun ardınca Karlsen və Svidler (5 xal), Vaşye-Laqrav (4,5 xal), Navara (4 xal) və Georgiadis (1,5 xal) gəlir.

Turnirin yekun etapı bu gün keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti