...

Mariya Stadnik Polşada güləşəcək

İdman Materials 5 Sentyabr 2018 14:43 (UTC +04:00)
Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.
Mariya Stadnik Polşada güləşəcək

Bakı. Trend:

Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti