...

Mariya Stadnik “Poland Open” turnirinin finalına yüksəlib

İdman Materials 8 Sentyabr 2018 12:47 (UTC +04:00)
Polşanın paytaxtı Varşavada Qran-pri seriyasından olan “Poland Open” turniri start götürüb.
Mariya Stadnik “Poland Open” turnirinin finalına yüksəlib

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada Qran-pri seriyasından olan “Poland Open” turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən xəbərə görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik çətinlik çəkmədən finala yüksəlib.

Turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat Olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu kolumbiyalı Karolina Kastilyo Hidalqo, amerikalı Uitni Konder və ukraynalı Oksana Livaça 10:0 hesabı ilə qalib gəlib. Stadnik yarımfinalda rusiyalı Nadejda Sokolovanı 11:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Güləşçimiz bu gün qızıl medal uğrunda görüşdə Ukraynanın digər təmsilçisi İlyona Semkivlə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti