...

Azərbaycan güləşçisi "Poland Open" turnirində qızıl medal qazanıb

İdman Materials 9 Sentyabr 2018 06:01 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.
Trend-in məlumatına görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2.

Beləliklə, Stadnik yarışda çempion olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti