...

Məşhur braziliyalı futbolçu mini-futbol karyerasına start verib

İdman Materials 12 Sentyabr 2018 03:39 (UTC +04:00)
“Real Madrid” klubu və Braziliya yığma komandasının sabiq futbolçusu Roberto Karlos mini-futbol karyerasına start verib.
Məşhur braziliyalı futbolçu mini-futbol karyerasına start verib

Bakı. Trend:

“Real Madrid” klubu və Braziliya yığma komandasının sabiq futbolçusu Roberto Karlos mini-futbol karyerasına start verib.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, 45 yaşlı futbolçu Yaponiyanın “İnkişaf” klubunun heyətində çıxış etməyə başlayıb və keçirilən birinci oyunda komandasının 2 qolunu vurub (2:1).

Qeyd olunur ki, Karlosun debüt oyununa həmişəkindən 2 dəfə çox tamaşaçı gəlib – 1500 nəfərin əvəzinə 3000.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti