...

Gimnastımız beynəlxalq turnirdə gümüş medal qazanıb

İdman Materials 15 Oktyabr 2018 10:17 (UTC +04:00)
Fatimə Əkbərova beynəlxalq turnirdə gümüş medal qazanıb.
Gimnastımız beynəlxalq turnirdə gümüş medal qazanıb

Bakı. Trend:

Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə təşkil olunan beynəlxalq turnir bu gün başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandamızın da təmsil olunduğu bu yarışda böyüklər və gənclər proqramı üzrə ümumilikdə 18 ölkə iştirak edib.

Gənclər arasında mübarizə aparan millimizin gimnastı Fatimə Əkbərova bu turnirdə uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, gənc gimnastın təsnifat mərhələsində hər 4 alət üzrə icra etdiyi çıxışlar ona bütün finallara vəsiqə qazandırıb. Əsas mərhələdə isə məhz lentlə çıxışına görə 14.550 xal toplayan F.Əkbərova yarışları gümüş medalla başa vurub.

Yığma komandamızın digər üzvü, böyüklər proqramında çıxış edən Darya Sorokina isə gürzlərlə çıxışına görə medalın bir addımlığında - 4-cü yerdə qərar tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti