...

Gimnast: Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edirik, emosiyalar hədsizdir

İdman Materials 16 Noyabr 2018 21:04 (UTC +04:00)
Rusiya idmançıları - Bakıda akrobatik gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları olan Kirill Startsev və Viktoriya Aksenova Milli Gimnastika Arenasında keçirilən podium məşqindən məmnun qalıblar.
Gimnast: Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edirik, emosiyalar hədsizdir

Bakı. Trend:

Rusiya idmançıları - Bakıda akrobatik gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları olan Kirill Startsev və Viktoriya Aksenova Milli Gimnastika Arenasında keçirilən podium məşqindən məmnun qalıblar.

Viktoriya Trend-ə açıqlamasında deyib ki, təlim yaxşı keçib, lakin yorğunluq təsir edib, ona görə bəzi səhvlər olub.

K.Startsev isə deyib: "Prinsipcə, onlar təlimdə pis deyildilər, səhvləri düzəldirdilər. Daha çox çalışacağıq ki, Kubokda nəticə olsun".

Gimnastlar Bakıda Milli Gimnastika Arenasını bəyəndiklərini və burada yaradılan şəraitdən razılıqlarını bildirdilər:

K.Startsev deyib: "Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edirik, emosiyalar hədsizdir".

V.Aksenova əlavə edib: "Bakıda Milli Gimnastika Arenasının zalı çox rahatdır, yaxşı gimnastika xalçaları var".

Qeyd edək ki, 17-18 noyabr tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kuboku təşkil olunacaq.

Yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunacaq.

Ölkəmizi bu kubokda son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaq.

Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti