...

Millətlər Liqası: İtaliya və Portuqaliya heç-heçə oynadı, Türkiyə İsveçə məğlub oldu

İdman Materials 18 Noyabr 2018 01:54 (UTC +04:00)
Millətlər Liqasının turniri çərçivəsində Türkiyə İsveç yığmasını qəbul edib
Millətlər Liqası: İtaliya və Portuqaliya heç-heçə oynadı, Türkiyə İsveçə məğlub oldu

Bakı. Tural Turan - Trend:

Millətlər Liqasının turniri çərçivəsində Türkiyə İsveç yığmasını qəbul edib. Trend-in məlumatına görə, oyunda yeganə qolu 71-ci dəqiqədə qonaqların kapitanı Qrankvist penalti zərbəsindən vurub.

İsveç 4 xalla qrupda ikinci yerdə, Türkiyə isə 3 xalla sonuncu pillədə qərarlaşıb.

Digər oyunda isə İtaliya Portuqaliyanı qəbul edib. Oyunda əsas vaxt ərzində hesab açılmayıb. Beləliklə, Portuqaliyə millisi 7 xalla birinci, İtaliya yığması isə 5 xalla ikinci pillədə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti