...

Çempionlar Liqası: qrup mərhələsinin 5-ci turunun ilk oyun günü (VİDEO)

İdman Materials 28 Noyabr 2018 02:22 (UTC +04:00)
İlk oyun günündə 8 görüş keçirilib.
Çempionlar Liqası: qrup mərhələsinin 5-ci turunun ilk oyun günü (VİDEO)

Bakı. Tural Turan - Trend:

İlk oyun günündə 8 görüş keçirilib.

Trend-in məlumatına görə, E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Qrupun digər oyununda "Ayaks" Yunanıstanda AEK-in qonağı olub. Səfərdə qazanılan 2:0 hesablı qələbə niderland klubunu qrup mərhələsində sona 1 tur qalmış pley-offa yüksəldib.

Günün ən maraqla gözlənilən oyunlarından biri Romada keçirilib. Qrup lideri olan şəhərin eyniadlı komandası "Real"ı qəbul edib. Oyunda hesabı 46-cı dəqiqədə uelsli hücumçu Qaret Beyl açıb – 0:1. 59-cu dəqiqədə isə Benzemanın pasını Lukas Vaskes qola çevirib – 0:2. Matç bu hesabla bitib. Bununla da, “Real” 12 xalla birinci pilləyə yüksəlib.

“AEK” (Yunanıstan) - "Ayaks" (Hollandiya) - 0:2

"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:1

"Lion" (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2
"Hoffenhaym" (Almaniya) - "Şaxtyor" (Ukrayna) - 2:3

MOİK (Moskva, Rusiya) - "Viktoriya" (Çexiya) - 1:2

"Yuventus" (İtaliya) - "Valensiya" (İspaniya) - 1:0
"Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Beləliklə, "Ayaks", "Bavariya", "Mançester Siti", "Real", "Roma", "Mançester Yunayted" və "Yuventus" klubları 1/8 mərhələsinə artıq vəsiqə qazandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti