...

Avroliqa: “Arsenal” - “Qarabağ” matçı başa çatıb (VİDEO)

İdman Materials 14 Dekabr 2018 02:59 (UTC +04:00)
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub
Avroliqa: “Arsenal” - “Qarabağ” matçı başa çatıb (VİDEO)

Bakı. Tural Turan - Trend:

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Trend-in məlumatına görə, “Arsenal” - “Qarabağ” matçı başa çatıb.

Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun 16-cı dəqiqəsində Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.

E qrupunun digər matçında isə “Sportinq” öz meydanında “Vorskla”ya 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Vorskla” ilə eyni xallara malik olmasına baxmayaraq, “Qarabağ” qrupda sonuncu yer tutub. Qrupdan “Arsenal” və “Sportinq” klubları növbəti mərhələyə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti