...

"Neftçi" və "Bursaspor" klubları əməkdaşlıq protokolu imzalayıblar (FOTO)

İdman Materials 22 Yanvar 2019 19:07 (UTC +04:00)
"Neftçi" və "Bursaspor" arasında əməkdaşlıq protokolu imzalanıb.
"Neftçi" və "Bursaspor" klubları əməkdaşlıq protokolu imzalayıblar (FOTO)

Bakı. Trend:

"Neftçi” PFK ilə Türkiyənin "Bursaspor” klubu arasında əməkdaşlıq protokolu imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimində "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Bursaspor”un prezidenti Ali Ay, vitse-prezident Cem Öztürk iştirak ediblər.

Tədbirə "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev, həmçinin "Bursaspor”un İdarə Heyətinin üzvləri – Erkan Aydemir, Onur Özselek və Ömer Faruk Şahin də qatılıblar.

"Bursaspor”un prezidenti A.Ay bu əməkdaşlığın uğurlu olmasını arzulayıb: "Neftçi" Azərbaycanın köklü və titullu klubudur. Bunadək əməkdaşlıq protokolu ilə bağlı danışıqlar aparırdıq. Bu gün isə həmin protokolu bağlamaq üçün bir araya gəlmişik. "Neftçi” rəhbərliyi "Fənərbağça” ilə Superliqa oyununda qonağımız oldu. Stadionumuzu, xüsusilə də "Goldsit 1963” tribunamızı çox bəyəndilər. Təkcə idman deyil, bir çox məsələlərdə də əməkdaşlıq edəcəyik. Reklam, marketinq, media, mağaza və seleksiya məsələlərində də fikir mübadiləsi aparıb işlər görəcəyik. Bir-birimizə faydalı olacağıq”.

Sonra "Neftçi” PFK-nın prezidenti K.Quliyev "Bursaspor”un rəhbərliyinə və İdarə Heyətinin üzvlərinə təşəkkür edib: "Bizim üçün qürurverici andır. Belə bir klubda sizinlə əməkdaşlıq edəcəyimiz üçün şadıq. Qardaş ölkədən gəlmişik. Azərbaycanın ən böyük və ən köklü klubuyuq. Müstəqillik dönəmində 8 dəfə çempionluq sevinci yaşamışıq. Dünən "Bursaspor”un oyununu izlədik. Möhtəşəm stadiona və azarkeşlərə maliksiniz. Sizdən öyrənməli çox şey var. Əlaqələrimiz davam edəcək. Gələcəkdə də birlikdə işlər görəcəyik. Sizi Bakıda görmək istərdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti