...

La Liqa: “Sevilya” doğma meydanda “Barselona” ilə bacara bilmədi (VİDEO)

İdman Materials 23 Fevral 2019 21:12 (UTC +04:00)
İspaniya La Liqasının 25-ci turunun mərkəzi görüşündə “Sevilya” dogma meydanda “Barselona”nı qəbul edib.
La Liqa: “Sevilya” doğma meydanda “Barselona” ilə bacara bilmədi (VİDEO)

Bakı. Tural Turan - Trend:

İspaniya La Liqasının 25-ci turunun mərkəzi görüşündə “Sevilya” dogma meydanda “Barselona”nı qəbul edib. Trend-in məlumatına görə, matç 2:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda hesabı Xesus Navas 22-ci dəqiqədə açıb. Lakin 4 dəqiqə sonra Messi hesabı bərabərləşdirib. 42-ci dəqiqədə müdafiəçi Merkado yenidən “Sevilya”nı yenidən hesabda irəli çıxarıb.

İkinci hissədə 67-ci dəqiqədə Messi yenidən hesaba tarazlıq gətirib. 85-ci dəqiqədə Messi het-trik edərək komandasını hesabda irəli çıxarıb. 93-cü dəqiqədə isə Suares matçda son nöqtəni qoyub.

Bununla da, “Barselona” 57 xalla birinci, “Sevilya” isə 37 xalla 5-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti