Bakı. Vüqar İmanov - Trend:
Respublika Şahmat Mərkəzində 15-16 yaşlı gənclər arasında Bakı çempionatı keçirilib.
Trend-in məlumatına görə, çempionatda birinci və ikinci yerləri əkiz qardaşlar Altay Eynullayev və Atilla Eynullayev tutublar.
Çempionatda üçüncü yerdə Emi Mehrəliyev qərarlaşıb.
Bakı çempionatında 18 məktəbli iştirak edib, ilk 3 yeri tutan şahmatçılar Azərbaycan çempionatında iştirak hüququ qazanıblar.