...

Akrobatlarımız Portuqaliyada 3-cü oldu

İdman Materials 11 Mart 2019 12:50 (UTC +04:00)
Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb.
Akrobatlarımız Portuqaliyada 3-cü oldu

Bakı. Trend:

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu kubok 2019-cu ildə yığma komandamızın qatıldığı ilk turnir olsa da, gimnastlarımız mövsümə uğurla start verib. Belə ki, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi turniri bürünc medalla başa vurublar. Birinci pillədə Rusiya, ikinci yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar. Digər qarışıq cütlüyümüz Nurcan Cabbarlı və Ağasif Rəhimov isə finala adlaya bilməyiblər.

Kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkpərov da final mərhələsində çıxış ediblər. Lakin proqramlarını icra edərkən yol verdikləri səhv onları medaldan uzaq salıb və cütlük sıralamada 5-ci olub.

Kubokda cütlüklərimizlə yanaşı, ilk dəfə olaraq böyüklər proqramında çıxış edən qadınlardan ibarət qrupumuz da iştirak edib. Ləman Məmmədova, Emiliya Nəzərli və Raziyə Seyidlinin ilk təcrübələri olsa da, qızlarımız finala düşməyi bacarıblar və yarışı 7-ci yerdə bitiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti