...

Azərbaycan gimnastı: Doğma arena və azarkeşlər məni Dünya Kubokunda ən yaxşı nəticə göstərməyə ruhlandırır

İdman Materials 11 Mart 2019 20:35 (UTC +04:00)

Bakı. Trend:

Doğma arena və azarkeşlər məni Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda ən yaxşı nəticə göstərməyə ruhlandırır.

Bunu Trend-ə Azərbaycan gimnastı İvan Tixonov deyib.

Gimnast bildirib ki, yarışlarda yaxşı nəticə göstərəcəyinə ümid edir:

"Dünya Kubokuna hazırlıq yaxşı gedir. Mən yoxlama məşqi keçirdm və düşünürəm ki, pis nəticə göstərmədim".

Qələbə şansı haqqında danışarkən, Tixonov finala çıxacağına ümid etdiyini deyib.

Eyni zamanda, onun fikrincə, Dünya Kubokunda müxtəlif ölkələrdən çox sayda idmançı iştirak etdiyi üçün yarışda kifayət qədər ciddi rəqabət olacaq.

Qeyd edək ki, martın 14-17-i Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti