Bakı. Trend:
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.
Trend-in məlumatına görə, İsrail təmsilçisi Artyom Dolqopyat 15.066 balla birinci olub.
14.566 bal toplayan isveçrəli gimnast Pablo Braeqqer ikinci, ispan Rayderley Sapata isə üçüncü (14.500) yeri tutub.
Azərbaycan idmançısı Murad Ağarzayev 13.800 balla yarışı 6-cı sırada tamamlayıb.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.
Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.