...

Rusiyalı gimnast Bakıda keçirilən Dünya Kubokunda birinci oldu

İdman Materials 28 Aprel 2019 13:11 (UTC +04:00)
Rusiyalı gimnast Bakıda keçirilən Dünya Kubokunda birinci olub.
Rusiyalı gimnast Bakıda keçirilən Dünya Kubokunda birinci oldu

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda rusiyalı idmançı Dina Averina halqa ilə hərəkətlərin yekununda 22.000 balla birinci yeri tutub.

Trend-in məlumatına görə, ikinci sırada israilli gimnast Linoy Aşram (21.850), üçüncü yerdə isə ABŞ təmsilçisi Laura Zenq (20.350) qərarlaşıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova yarışı 16.850 balla 8-ci yerdə tamamlayıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb.

Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti