...

"Neftçi" 600-cü dəfə məyus oldu

İdman Materials 29 Aprel 2019 16:37 (UTC +04:00)
“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.
"Neftçi" 600-cü dəfə məyus oldu

Bakı. Trend:

“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan paytaxt klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.

1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola məyus olub. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü isə neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti