...

İdman gimnastikası üzrə Bakı çempionatı və Azərbaycan birinciliyində bir neçə kateqoriya üzrə qaliblər müəyyənləşib

İdman Materials 8 İyun 2019 20:54 (UTC +04:00)
İdman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı çərçivəsində "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyasında qaliblər müəyyənləşib
İdman gimnastikası üzrə Bakı çempionatı və Azərbaycan birinciliyində bir neçə kateqoriya üzrə qaliblər müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

İdman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı çərçivəsində "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyasında qaliblər müəyyənləşib.

“Böyüklər” yaş kateqoriyasında kişilər arasında çoxnövlülük üzrə fərdi proqramda birinci yeri İvan Tixonov (77.850 xal, "Ocaq Sport" idman klubu), ikinci yeri Murad Ağarzayev (73.100 xal, "Ocaq Sport" idman klubu), üçüncü yeri isə Ağamurad Qəhrəmanov (69.700 xal, Bakı gimnastika məktəbi) tutub.

“Böyüklər” yaş kateqoriyasında qadınlar arasında çoxnövlülük üzrə fərdi proqramda Valeriya Şulyayeva (Bakı gimnastika məktəbi) iştirak edib və 41.631 xal toplayıb.

“Gənclər” yaş kateqoriyasında kişilər arasında çoxnövlülük üzrə fərdi proqramda ən yaxşı nəticəni Səməd Məmmədli (74.950 xal, Bakı gimnasika məktəbi) göstərib, ikinci yerdə Əhməd Rüstəmov (72.050 xal, "Ocaq Sport" klubu), üçüncü yerdə isə Anar Həsənov (69.100 xal, Bakı gimnastika məktəbi) qərarlaşıb.

“Gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda Nuray Nurməmmədli birinci yeri tutub (42.132 xal), ikinci yerdə isə Məlahət Babayeva (33.032 xal) qərarlaşıb. İdmançılar Bakı gimnastika məktəbinin yetirmələridir.

“Uşaqlar” yaş kateqoriyasında kişilər arasında çoxnövlülük üzrə fərdi proqramda ən yaxşı nəticəni Turan Səlimov göstərib (43.300 xal), ikinci yeri Nihad Muradlı (43.500 xal), üçüncü yeri isə İsmət Əliyev (42.450 xal) tutub. İdmançılar Bakı gimnastika məktəbini təmsil edirlər.

“Uşaqlar” yaş kateqoriyasında qadınlar arasında çoxnövlülük üzrə fərdi proqramda ən yaxşı nəticəni Dəniz Əliyeva göstərib (39.532 xal, "Ocaq Sport" klubu), ikinci yeri Nəzrin Hümbətova (37.998 xal, "Ocaq Sport" klubu), üçüncü yeri isə Aytən Məmmədova (37.932 xal, "Neftçi" klubu).

“Yeniyetmələr” yaş kateqoriyasında kişilər arasında çoxnövlülük üzrə fərdi proqramda ən yaxşı nəticəni Fərha Şepelev göstərib (43.050 xal), ikinci yeri Riyad Səfərov (42.250 xal), üçüncü yeri isə Adil Paşayev (29.100 xal) tutub. İdmançılar Bakı gimnastika məktəbinin yetirmələridir.

“Yeniyetmələr” yaş kateqoriyasında qadınlar arasında çoxnövlülük üzrə fərdi proqramda ən yaxşı nəticəni Nazənin Teymurova göstərib (37.565 xal), ikinci yeri Məryəm Musayeva (37.432 xal), üçüncü yeri isə Aliyə Rüstəmova (37.298 xal) tutub. İdmançılar "Ocaq Sport" klubunun yetirmələridir.

Qeyd edək ki, İyunun 8-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb.

İştirakçılar yarışlar ərzində “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar”, “balacalar” və “kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Akrobatlar isə “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbini, "Ocaq Sport Klubu"nu, "Neftçi İdman Klubu"nu, Nizami rayonu idman məktəbini, Sumqayıt və Balakənini təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti