...

"Çelsi"nin yeni baş məşqçisinin adı məlum olub

İdman Materials 22 İyun 2019 19:13 (UTC +04:00)
Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi bəlli olub.
"Çelsi"nin yeni baş məşqçisinin adı məlum olub

Bakı. Trend:

Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi bəlli olub.

Trend-in məlumatına görə, London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. Klub prezidenti Roman Abramoviçlə görüşən ingiltərəli mütəxəssis üç illik müqavilə üçün artıq razılığa gəlib.

Bilidirilir ki, Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. "Çelsi"nin 41 yaşlı mütəxəssis üçün çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyəcəyi deyilir.

Xatırladaq ki, Frenk Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti