...

Bir boksçumuz FİNALDA, digəri bürünc medalla kifayətləndi - "Minsk 2019"

İdman Materials 28 İyun 2019 18:11 (UTC +04:00)
Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019" II Avropa Oyunlarını bürünc medalla başa vurub.
Bir boksçumuz FİNALDA, digəri bürünc medalla kifayətləndi - "Minsk 2019"

Bakı. Trend:

Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019" II Avropa Oyunlarını bürünc medalla başa vurub.

Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində döyüşən L.Sotomayor yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzub. Nəticədə o, Avropa Oyunlarının “bürünc” medalına sahib olub.

Bununla da Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazanıb (2 qızıl, 5 gümüş, 10 bürünc).

Digər boksçumuz Alfonso Dominqes (81 kq) isə yarımfinal görüşündə italiyalı Fiori Simoneni məğlub edərək finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti