Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının ən yaxşı oyunçusu bəlli olub.
Trend-in məlumatına görə, turnirin ən yaxşı oyunçusu İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis seçilib.
Qeyd edək ki, “Napoli”də çıxış edən 23 yaşlı futbolçu turnirdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib. AÇ-2019-un qalibi finalda Almaniyanı 2:1 hesabıyla məğlub edən İspaniya millisi olub.