...

Avro-2020: Bilet satışında son gün!

İdman Materials 12 İyul 2019 10:53 (UTC +04:00)
Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək UEFA AVRO-2020 turniri üçün bilet satışında son gün!
Avro-2020: Bilet satışında son gün!

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.

Trend-in məlumatına görə, oyunlara rekord sayda – üç milyon bilet satışa çıxarılıb ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir.

Qeyd edək ki, biletin satışa çıxarıldığı ötən 4 həftə ərzində 204 ölkədən 14 milyon müraciət gəlib. Bilet satışında ən çox müraciət edən ölkələr İngiltərə, Macarıstan, Almaniya, Hollandiya və Rusiya olub.

Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.

Bildirək ki, bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti