...

"Qarabağ" mərakeşli müdafiəçini transfer edib

İdman Materials 15 İyul 2019 17:30 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ” yay fasiləsində üçüncü transferini reallaşdırıb.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi Faysal Rerrası heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

26 yaşlı futbolçunun sonuncu iş yeri Fransanın səviyyəcə 3-cü liqasında çıxış edən "Bezye" klubu olub.

Belçiklada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silva və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti