...

ÇL-də mövqelər üzrə ən yaxşı futbolçu adına namizədlər açıqlanıb

İdman Materials 9 Avqust 2019 19:19 (UTC +04:00)
UEFA Çempionlar Liqasında mövqelər üzrə 2018/2019 mövsümü üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.
ÇL-də mövqelər üzrə ən yaxşı futbolçu adına namizədlər açıqlanıb

Bakı. Trend:

UEFA Çempionlar Liqasında mövqelər üzrə 2018/2019 mövsümü üçün ən yaxşı futbolçu adına namizədləri açıqlayıb.

Trend-in məlumatına görə, siyahıda ən çox yarışın qalibi - "Liverpul"un oyunçuları yer alıb. İngiltərə təmsilçisinin 5 üzvü ən yaxşı seçilməyə iddialıdır.

Qapıçılar: Alisson Beker ("Liverpul", İngiltərə), Uqo Lyoris ("Tottenhem", İngiltərə), Mark-Andre ter Ştegen ("Barselona", İspaniya)

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil Vvn Deyk (hər ikisi "Liverpul", İngiltərə) Matteys de Liqt ("Ayaks", Hollandiya / "Yuventus", İtaliya)

Yarımmüdafiəçilər: Frenki de Yonq ("Ayaks", Hollandiya / "Barselona", İspaniya), Kristian Eriksen (Tottenhem, İngiltərə), Cordan Henderson ("Liverpul", İngiltərə)

Hücumçular: Sadio Mane ("Liverpul", İngiltərə), Lionel Messi ("Barselona", İspaniya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya)

Qeyd edək ki, mövqelər üzrə ən yaxşı oyunçular avqustun 29-da Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti