...

Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirə qatılacaq

İdman Materials 30 Avqust 2019 15:08 (UTC +04:00)
Oktyabrın 19-20-də Rusiyanın Kemerovo vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.
Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirə qatılacaq

Bakı. Trend:

Oktyabrın 19-20-də Rusiyanın Kemerovo vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və digər ölkələrdən idmançılar da qatılacaqlar.

Yarışda 26 ölkədən 200-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti