...

Gənc gimnast: Nəhayət "qızıl" qazandım

İdman Materials 31 Avqust 2019 16:35 (UTC +04:00)
Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında iplə hərəkətlərdə qalibi, gənc gimnast Lalə Qebəybəyova qələbəsinə çox sevinir.
Gənc gimnast: Nəhayət "qızıl" qazandım

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında iplə hərəkətlərdə qalibi, gənc gimnast Lalə Qebəybəyova qələbəsinə çox sevinir.

Bunu Trend-ə gimnast özü deyib.

L.Qebəybəyova əlavə edib: "Nəhayət "qızıl" qazandım, qələbəmə çox sevinirəm. Məşqçimə minnətdaram və medalımı ona həsr edirəm. Bu mənim ilk böyük yarışmam deyil, amma həyəcanım var idi. Bəlkə bu, mənim hərkətlərimə təsir etdi, çünki ən yaxşı nəticəni göstərə bildim".

Gənc gimnast vurğulayıb ki, çempionatın bütün finalçıları güclü idmançılar olduğundan mübarizə də asan keçməyib:

"Bu gün tamaşaçılar arasında anam da var, onun dəstəyi mənim üçün çox vacibdir. Anam yanımda olanda, özümə inamım daha böyük olur".

Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir

Yarışlarda fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar. İştirakçılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt şəhəri, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Turnirdə 100-dən çox gimnast arena xalçasında öz performansları ilə çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti