...

Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

İdman Materials 6 Sentyabr 2019 09:58 (UTC +04:00)
Bu gün saat 20:30-da Azərbaycan (U-21) – Slovakiya (U-21) yığmaları qarşılaşacaq.
Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Trend-in məlumatına görə, yığmamız “Dalğa Arena”da, saat 20:30-da başlayacaq oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunun Baş hakimi Deyan Yakimovski, Baş hakimin köməkçiləri isə Nikola Karakolev, Kushtrim Lika, və İqor Stoychevskidir. Hakimlər briqadası Şimali Makedoniyadandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti