...

Mariya Stadnik dünya çempionatının 1/4 finalında (YENİLƏNİB)

İdman Materials 17 Sentyabr 2019 10:23 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Mariya Stadnik dünya çempionatının 1/4 finalında (YENİLƏNİB)

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. 50 kq çəki dərəcəsindəki titullu pəhləvanın növbəti rəqibi Hindistanlı Sima Sima olub. Görüş Stadnikin qələbəsi ilə yekunlaşıb - 9:2.

XXX

10:23

Mariya Stadnik dünya çempionatına qələbə ilə başladı - 10:0

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.

Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib.

Türkan Nəsirova isə debütdə almaniyalı rəqibinə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti