...

Bakıda Milli Gimnastika Arenasının zalı rahatdır - ABŞ komandasının məşqçisi

İdman Materials 22 Sentyabr 2019 05:59 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idmançılar rahat çıxış edirlər
Bakıda Milli Gimnastika Arenasının zalı rahatdır - ABŞ komandasının məşqçisi

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında idmançılar rahat çıxış edirlər.

Trend-in məlumatına görə, bunu Trend-ə ABŞ yığmasının məşqçisi Marqarita Mamzina deyib.

M.Mamzina qeyd edib ki, Bakıda gimnastika arenasının zalı rahat və xoşagələndir:

"Xalçaya çıxanda gimnastların arenadan qorxması, geniş tamaşaçı qorxusu yoxdur - burada hər şey çox rahatdır. İşıqlandırma, zalın bəzədildiyi rənglər, burada işləyən insanlar - hər şey gözəl təəssürat yaradır".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Məqalədə:
Xəbər lenti

Xəbər lenti