Bakı. Trend:
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Trend-in məlumatına görə, qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza kəsib. Buna oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Buna görə, klub 2400 manat cərimə olunur.
Həmin görüşdə, həmçinin “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.