...

Güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdıb

İdman Materials 2 Dekabr 2019 00:47 (UTC +04:00)
Dağıstanın Babayurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib
Güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdıb

Bakı. Trend:

Dağıstanın Babayurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz bir dəst medal qazanıb. Bütün rəqiblərinə qalib gələn Ramik Heybətov (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Saqadulla Ağayev (92 kq) gümüş, Ayxan Mərdanov (110 kq) isə bürünc medalı boynundan asıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti