...

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi komandanın Dünya kubokunda hədəflərindən danışııb

İdman Materials 23 Yanvar 2020 11:45 (UTC +04:00)
Azərbaycan gimnastlarının fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna hazırlıqları normal keçir
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi komandanın Dünya kubokunda hədəflərindən danışııb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastlarının fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna hazırlıqları normal keçir.

Bunu Trend-ə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin deyib.

O bildirib ki, Dünya Kubokunda Azərbaycanı iki gimnast, batut gimnastikasında Selcan Maqsudova və tamblinqdə Fərid Mustafayev təmsil edəcək:

“Bu, hər ikisi üçün böyüklər arasında ilk yarış olacaq. Bizim yarışlarda tapşırığımız yeni proqram nümayiş etdirmək və hansı səviyyədə olduğumuzu görməkdir. Qeyd edim ki, Dünya kuboku Tokioda keçiriləcək Olimpiya oyunlarına təsnifat yarışıdır”.

V.Şulikin Azərbaycan gimnastlarının Dünya kubokundakı hədəflərindən danışıb:

“Əlbəttə, finala düşmək istəyirik, amma vurğulamaq lazımdır ki, idmançılar proqramı yaxşı yerinə yetirməlidir, o zaman şansımız olacaq. Dünya kubokuna dünya və Avropa, Olimpiya çempionları gələcək. Rəqiblərimiz dünya səviyyəli liderlər, Belarus, Rusiya, Yaponiya və Çin idmançılarıdır”.

Baş məşqçi əlavə edib ki, batut və tamblinq Azərbaycanda fəal inkişaf edir:

“Qeyd edim ki, bizim Qaxda bölməmiz açılıb, digər rayonlarda da bölmələrin açılması planlaşdırılır. Bu istiqamətdə böyük işlər görülür. İndi biz məşqçiləri hazırlaşdırırıq ki, gimnastikanın bu növü üzrə çoxlu klublar və bölmələr olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti