...

Hərbi qulluqçular arasında yunan-Roma, sərbəst güləş və cüdo birincilikləri keçirilir (FOTO/VİDEO)

İdman Materials 3 Mart 2020 20:37 (UTC +04:00)
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində hərbi qulluqçular arasında yunan-Roma, sərbəst güləş və cüdo birincilikləri keçirilir.
Hərbi qulluqçular arasında yunan-Roma, sərbəst güləş və cüdo birincilikləri keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində hərbi qulluqçular arasında yunan-Roma, sərbəst güləş və cüdo birincilikləri keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışlardan əvvəl Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov və yarışların baş hakimi Hikmət Hüseynov birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb, iştirakçılara uğurlar arzulayıblar.

Naxçıvan Qarnizonu üzrə keçirilən yarışların ilk günündə hərbi qulluqçular cüdo birinciliyində öz güclərini sınayıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri yarışlarda hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da mübarizə aparır.

Güləşin yunan-Roma, sərbəst və cüdo növləri üzrə, ümumilikdə, 23 çəki dərəcəsində keçirilən yarışlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti