...

"AGF Junior Trophy" beynəlxalq turnirinin dayaqlı tullanma hərəkətlərində qalibləri müəyyənləşib

İdman Materials 8 Mart 2020 14:35 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin dayaqlı tullanma hərəkətlərində qalibləri müəyyənləşib
"AGF Junior Trophy" beynəlxalq turnirinin dayaqlı tullanma hərəkətlərində qalibləri müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin dayaqlı tullanma hərəkətlərində qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, birinci yeri Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq (13.425 xal), ikinci yeri ukraynalı Vladimir Kostyuk (13.175 xal), üçüncü yeri isə Taybey şəhərini təmsil edən digər gimnast Çuanq Çia-Lunq (12.700 xal) tutublar.

Azərbaycan gimnastları Mənsum Səfərov (12.475 xal) və Ramin Dəmirov (12.325 xal) 4-cü və 5-ci yerləri tutublar.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti