...

"AGF Junior Trophy" beynəlxalq turnirinin turnik üzərində hərəkətlərdə qalibləri müəyyənləşib

İdman Materials 8 Mart 2020 14:57 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin turnik üzərində hərəkətlərdə qalibləri müəyyənləşib
"AGF Junior Trophy" beynəlxalq turnirinin turnik üzərində hərəkətlərdə qalibləri müəyyənləşib

Bakı Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin turnik üzərində hərəkətlərdə qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, birinci yerdə Ukraynanı təmsil edən Vladimir Kostyuk (13.000 xal), ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Çuanq Çia-Lunq (12.500 xal), üçüncü yerdə isə Türkiyəni təmsil edən Hasan Bulut (12.400 xal) qərarlaşıblar.

Azərbaycan gimnastları Mənsum Səfərov (12.100 xal) və Rəsul Əhmədzadə (11.900 xal) 4-cü və 5-ci yerləri tutublar.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti