...

Bakıda "AGF Junior Trophy" Beynəlxalq Turnirinin müxtəlif alətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 8 Mart 2020 15:26 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" Beynəlxalq Turnirinin dayaqlı tullanma hərəkətlərində, paralel qollarda və turnik üzərində hərəkətlərdə qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib
Bakıda "AGF Junior Trophy" Beynəlxalq Turnirinin müxtəlif alətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" Beynəlxalq Turnirinin dayaqlı tullanma hərəkətlərində, paralel qollarda və turnik üzərində hərəkətlərdə qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, dayaqlı tullanma hərəkətlərində birinci yeri Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq, ikinci yeri ukraynalı Vladimir Kostyuk, üçüncü yeri isə Taybey şəhərini təmsil edən digər gimnast Çuanq Çia-Lunq tutublar.

Qaliblərə və mükafatçılara mükafatları Azərbaycan Gimnastika Federasiyasının meneceri Namiq Bədirxanov, beynəlxalq dərəcəli hakim Xəlil Hüseynov və Azərbaycan Gimnastika Federasiyasının meneceri Fərid Məmmədzadə təqdim ediblər.

Paralel qollarda hərəkətlərdə birinci Türkiyəli gimnast Mərt efe Kiliçer tutub, ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Huanq Yen-Çanq, üçüncü yerdə isə Ukraynanı təmsil edən Nazar Vasilkovski qərarlaşıblar.

Qaliblərə və mükafatçılara mükafatları yarışların direktoru Natalya Bulanova, Bakı Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov və "SmartScoring"in direktoru Kamran Ramazanov təqdim ediblər.

Turnik üzərində hərəkətlərdə birinci yerdə Ukraynanı təmsil edən Vladimir Kostyuk, ikinci yerdə Çinin Taybey şəhərini təmsil edən Çuanq Çia-Lunq, üçüncü yerdə isə Türkiyəni təmsil edən Hasan Bulut qərarlaşıblar.

Qaliblərə və mükafatçılara mükafatları yerli təşkilat komitəsinin üzvü Lalə Məhərrəmova, Milli Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva və təşkilat komitəsinin üzvü Ruslan Eyvazov təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan gimnastı Mənsum Səfərov Kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirində iki gümüş medal qazanmışdı. M.Səfərov fərdi çıxışda və halqalarla hərəkətlərdə gümüş medalı qazanıb. Komanda hesabında Azərbaycan komandası AGF Junior Trophy Beynəlxalq Turnirinin bürünc medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edib. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdiriblər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti